Sankt-Peterburqa ikinci qış gəlib

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 22:46
Sankt-Peterburqa ikinci qış gəlib


Sankt-Peterburqda ikinci həftədir ki, qeyri-sabit hava şəraiti hökm sürür.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir neçə yağışlı gündən sonra şənbə günü şəhəri yenə qar örtüb.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtına aprelin 13-də gözlənilməz qar yağıb.

Son iki həftə ərzində qar örtüyünün maksimum səviyyəsi Peterburqun bəzi rayonlarında 13 sm çatıb, bu da yanvar ayında yağmış qarla eyni səviyyədədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz