Kim Yonq Un ABŞ-ı təhdid etdi

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 11:26
Kim Yonq Un ABŞ-ı təhdid etdi

ABŞ Cənubi Koreya ərazisində pilotsuz hərbi hava qurğularından istifadə etmək üçün xüsusi stansiya inşa edəcəyini bəyan edib.

Bu addım Şimali Koreyanın ard-arda 4 ballistik raketlərin sınağını keçirməsindən sonra qapalı ölkəyə cavab olaraq nəzərdə tutulub. Şimali Koreya buna cavab olaraq ABŞ-ı yeni hücumla təhdid edib.

ABŞ rəsmilərinin sözlərinə görə, Şimali Koreya ilə sərhəddə salınacaq stansiyalar müdafiə xarakteri daşıyacaq. ABŞ tərəfi diktator Kim Yonq Unun rəhbərliyi ilə həyata keçirilən ballistik raket sınaqları zamanı raketlərin Yapon dənizinə düşməsi ekoloji və hərbi təhlükəyə səbəb olub.
Həmin sınaqlardan sonra başda Avropa Birliyi olmaqla bir çox dövlətlər Şimali Koreyaya qarşı sanksiya tətbiq etmişdi.

Lakin ABŞ-ın bu addımından sonra Kim Yonq Un həmin sınaqların yenidən keçiriləcəyi ilə bağlı qərar qəbul edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz