Yəməndə Əl-Qaidanın səhra komandirləri tutulub

Xəbərin çap versiyası
Tarix: 23-04-2017, 00:21
Yəməndə Əl-Qaidanın səhra komandirləri tutulub


Yəmənin terror əleyhinə hərbi birləşmələri “Ərəbistan yarımadasında Əl-Qaida” terror şəbəkəsinin səhra komandirlərinin saxlanması ilə bağlı əməliyyat keçirib.

SİVİL.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Yəmən hökumətinə kömək edən Ərəbistan koalisiyasının qərargahından bildirilib. Xüsusi təyinatlılar və aviasiyanın iştirakı ilə keçirilən əməliyyat nəticəsində terror şəbəkəsinin bir neçə başçısı tutulub. Onların əksəriyyəti digər ölkələrdən olan silahlılardır. Məlumata əsasən, yaraqlılar Yəmənin cənubunda terror aktları həyata keçirməyi planlaşdırıblar. Hərbçilər silah, texnika və partladıcı maddələr aşkar ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz