Türkiyədə Milli Suverenlik və Uşaq bayramı qeyd edilir
Tarix: 23-04-2017, 14:12
Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 97-ci ildönümü qeyd olunur.
SİVİL.AZ Azərtac-a istinadla xəbər verir ki, bu münasibətlə ölkənin bütün ərazisində, o cümlədən təhsil müəssisələrində tədbirlər, şənlik və konsertlər təşkil olunub. Küçə və meydanlar bayramsayağı bəzədilib.
Baş nazir Binəli Yıldırım, milli təhsil naziri İsmət Yılmaz, TBMM-nin rəhbər şəxsləri, siyasi partiyaların liderləri və digər rəsmi şəxslər, həmçinin məktəblilər, eləcə də ölkə ictimaiyyətinin nümayəndələri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər