Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində ölüb

Xəbərin çap versiyası
Tarix: 23-04-2017, 15:10
Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində ölüb


Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.


TASS agentliyinin verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.

Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz