ABŞ-da meşə yanğınları ilə əlaqədar 8800 ev boşaldılıb

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 01:30
ABŞ-da meşə yanğınları ilə əlaqədar


ABŞ-ın Florida ştatında meşə yanğınları ilə əlaqədar 8800-ə yaxın evin sakinləri evakuasiya edilib.

SİVİL.AZ xəbər verir ki, bu barədə “Local 10” telekanalı məlumat yayıb.

Qəsəbə yaxınlığında eyni vaxtda 3 böyük yanğın ocağı var. Ümumilikdə, Florida ştatının yanğınsöndürənləri ştat ərazisində 30 yanğın ocağının söndürülməsinə çalışırlar. Yanğınların söndürülməsinə ABŞ Milli Qvardiyası və Fövqəladə Hallar üzrə Federal Agentlik də cəlb edilib.

Son məlumatlara görə, 3 böyük yanğın ocağından biri tamamilə, ikincisi 60 faiz, üçüncüsü isə 20 faiz lokallaşdırılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz