Fransa siyasətinin yeni ulduzu - Emmanuel Makron kimdir?
Tarix: 24-04-2017, 15:28
İki il əvvələ qədər kimsənin tanımadığı fransız siyasətçi Emmanuel Makron gözlənilmədən böyük bir populiarlıq qahzandı.
SİVİL.AZ xəbər verir ki, qısa müddət əvvələ qədər Fransanın möcud prezidenti Fransua Ollandın ən güvəndiyi simalardanbiri olan keçmiş iqtisadiyyat naziri Sosialist Partiyasanın fəaliyyətinə etiraz əlaməti olaraq vəzifəsindən istefa vermişdi.
Bəzi mütəxəssislərin "Xalqın Fransa siyasətinə qazandırmaq istədiyi yeni bir sima" olaraq dəyərləndirdiyi Makron istefa verdikdən sonra “En Marche” (Yürüş) Hərakatını təsis edib.
"Figaro" qəzetinin yazarlarından olan Anne Fulda onun haqqında "Emmanuel Makron: Mükəmməl bir gənc adam" adlı bioqrafiya yazıb.
"İşin ilginc tərəfi Makronun qazanmaq üçün böyük bir şansa sahib olmadan yola çıxmasıdır. Sözün əsl mənasında macəraya atılır. Bəziləri onunla Napoleon Bonapart arasında bir bənzərlik olduğunu deyir. Niyyətini gizlətməyən, həqiqətpərəst bir adam" deyə Fulda bioqrafiyada yazır.
2012-ci ildə Fransua Olland hakimiyyətə gələn zaman Makron Rotschild Bankının maliyyə departamentindəki işindən ayrılaraq yeni prezidenti kabinetində yer almış, iki il sonra iqtisadiyyat və sənaye naziri təyin edilmişdi.
Onunla bağlı insanların yaddaşında ən çox "Makron qanunu" adlandırılan "böyümək, məşğulluq və iqtisadi şərtlərin bərabərliyi" haqqındakı qanun layihəsi qalıb.
Makronun özünə bir çox sahəni əhatə edən və nəticə verməyən sosial strategiyaları zaman-zaman tənqid hədəfi olub.
2016-cı ilin aprel ayında “En Marche” Hərakatını təsis edən Makron bu hərəkatın nə sağçı, nə də solçu olduğunu deyir. Ortaq siyasət yürüdən keçmiş nazir həm iş dünyasının, həm də fərqli yönümlü siyasətçilərin dəstəyini alıb.
Amerikan tərzli mitinqləri, “Hollywood” starlarını xatırladan duruşu və sadəcə 39 yaşında bir siyasətçi olması mediadakı populiarlığının əsas səbəbləridir.
Onu məşhurlaşdıran digər səbəb isə keçmiş fransız dili müəlliməsi, özündən 24 yaş böyük Bricit Troqneukslə evlənməsidir. Onlar 2007-ci ildə ailə həyatı qurub.
Ailə yaxınları Qreqoyre Kampyon onlar haqqında bunu deyir: "Emmanul mükəmməl bir münasibətləri olacağını düşünürdü və o, Bricitin uşaqları tərəfindən də çox yaxşı qarşılandı. Bu onların hekayəsidir, mən qarışa bilmərəm. Məncə, bu sədaqət örnəyidir".
Emmanuel 15 yaşında məktəbdə müəlliməsi olan Bricitə vurulub. 17 yaşında isə özündən 24 yaş böyük Bricitə onunla evlənəcəyi ilə bağlı söz verib. Qadınsa yeniyetmənin bu özgüvənini ələ salıb. Çünki həmin vaxt evli və 3 övlad anası idi.
Bütün bunlara baxmayaraq, 2007-ci ildə Bricit gözlənilmədən həyat yoldaşından boşanıb və Emmanuellə evlənib. Xanım Makron Parisdə dini məktəbdə dərs deməyə davam edir. Cütlüyün övladı olmasa da, Emmanuel Bricitin nəvələrinə xüsusi qayğı ilə yanaşır.
Gənc və təcrübəsiz olduğu üçün tənqid olunan Markon alternativ bir sistem təklif edən yeganə namizəd olduğundan və verdiyi qərarların arxasında israrla duran siyasətçi görnüşü yaratdığından artıq fransızların qəlbini fth edib. Prezident seçiləcəyi halda bütün Avropanın paytaxtlarını gəzərək Avrozonadakı büdcə, ətraf mühit, sənaye və qaçqın problemlərinə çarə tapmağı hədəfləyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər