Türkiyə qırıcıları İraq və Suriyada daha bir əməliyyat keçirdi
Tarix: 25-04-2017, 11:01
Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı bölgəsində və Suriyanın şimal-şərqində hava əməliyyatları keçirilib.
SİVİL.AZ-ın məlumatına görə, əməliyyatlar zamanı qırıcılar tərəfindən PKK terror təşkilatının bütün mövqelərinin vurulduğu bildirilir.
Baş Qərargahın məlumatında deyilir ki, Suriyanın və İraqın şimali Türkiyəyə terrorçu, silah-sursat, partlayıcı maddələr keçirmək məqsədilə son vaxtlarda ən çox istifadə edilən ərazilərdir.
Qeyd olunur ki, əməliyyatlar sonuncu terrorçu zərəsizləşdirilənə qədər davam etdiriləcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər