Binəli Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”
Tarix: 26-04-2017, 08:21
“Ankara və Brüssel arasında münasibətlər son zamanlar ən pis həddə çatıb”.
SİVİL.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib.
“Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, - deyə YIldırım qeyd edib.
Qeyd edək ki, AŞPA ötən gün Türkiyənin monitorinq altına alınmasına dair qərar verib.
Türkiyə XİN-i AŞPA-nın qərarını qətiyyətlə pisləyərək təşkilatla münasibətləri yenidən nəzərdən keçirəcəyini istisna etməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər