Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı
Tarix: 26-04-2017, 12:29
Çexiya parlamentinin deputatlar palatası uydurma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib.
SİVİL.AZ-ın "Qaynar"-a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.
Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır.
Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.
O bildirib ki, uydurma “soyqırımı”nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər