Saxalində terror hazırlayan 2 nəfər saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 26-04-2017, 13:28
Saxalində terror hazırlayan 2 nəfər saxlanılıb


Rusiya ərazisində - Saxalində terror aktı hazırlayan iki nəfər saxlanılıb.


SİVİL.AZ xəbər verir ki, APA-ya istinadən verdiyi məlumata görə, saxlanılanların İŞİD tərəfdarı olduğu bildirilir.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən saxlanılanlar insanların sıx toplaşdığı yerlərdə böyük əks-səda doğuracaq terror aktı törətməyə hazırlaşırmış. Onlardan biri Rusiya, digər isə Orta Asiya respublikalarından birinin vətəndaşıdır. Həmin şəxslərin qaldıqları evdə axtarış zamanı kustar üsulla hazırlanan partlayıcı qurğu, qadağan olunmuş ədəbiyyat və təbliğat materialları aşkarlanıb. Saxlanılanların mobil telefonlarında partlayıcı qurğuların hazırlanma sxemləri tapılıb.

Faktla bağlı cinayət işi başlanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz