Qırğızıstanda torpaq sürüşməsi nəticəsində azı 24 nəfər ölüb

Xəbərin çap versiyası
Tarix: 29-04-2017, 15:15
Qırğızıstanda torpaq sürüşməsi nəticəsində azı


Aprelin 29-da yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində 7 ev torpaq altında qalıb.

SİVİL.AZ xəbər verir ki, torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub. Təbii fəlakətin baş verdiyi ərazidə fövqəladə hallar naziri Kubatbek Boronovun başçılığı ilə operativ qərargah yaradılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 182 xilasedici, 100 əsgər, Daxili İşlər Nazirliyinin 50 əməkdaşı və 15 tibb işçisi cəlb olunub. Həmçinin 40 ailənin potensial təhlükəli ərazilərdən təxliyə olunması üçün tədbirlər görülür. Qırğızıstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə aprelin 30-u ölkədə matəm günü elan edilib. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz