Qırğızıstanda matəm elan edilib

Xəbərin çap versiyası
Tarix: 29-04-2017, 15:58
Qırğızıstanda matəm elan edilib


Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.

SİVİL.AZ xəbər verir ki, bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Bununla əlaqədar sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.


Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz