Rusiyanın təyyarəsi hava burulğanına düşüb

Xəbərin çap versiyası
Tarix: 1-05-2017, 10:48
Rusiyanın təyyarəsi hava burulğanına düşüb


"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib.

SİVİL.AZ-ın məlumatına görə, bundan öncə isə təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiyanın həmin ölkədəki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib.

Məlumata görə, yaralananlar əsasən müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zərəçəkənlərin əksəriyyətinin təhlükəsizlik kəmərlərini bağlamadığı bildirilib. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz