İstanbulda yollar bağlandı, Taksimdə saxlanılanlar var

Xəbərin çap versiyası
Tarix: 1-05-2017, 11:04
İstanbulda yollar bağlandı, Taksimdə saxlanılanlar var


1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.

SİVİL.AZ xəbər verir ki, səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.

Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz