Belarusda edam cəzası ləğv edilir?
Tarix: 3-05-2017, 16:38
Belarus deputatları ölkədə edam cəzasının ləğvi məsələsini geniş müzakirə etmək niyyətindədirlər.
SİVİL.AZ-ın məlumatına görə, bunu Belarus parlamentinin Aşağı palatasının İnsan haqları komissiyasının sədri Andrey Naumoviç deyib.
O bildirib ki, edam cəzasının ləğvi məsələsi Belarus üçün həssas mövzudur.
Qeyd edək ki, Belarus Avropada edam cəzasının tətbiq edildiyi yeganə ölkədir.
Sosial sorğu göstərir ki, bu cəza növünün tərəfdarlarının sayı azalıb. Gələn ilin əvvəlində mövzu üzrə parlament dinləmələrini təşkil etmək nəzərdə tutulur. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər