Nazirin polislərdən qeyri-adi tələbi
Tarix: 5-05-2017, 11:41
Tacikistanda şişman polisləri işdən qovurlar.
Bu barədə SİVİL.AZ İnterfaks agentliyinə istinadən məlumat verir. Tacikistanın Daxili İşlər naziri Ramazon Rahimzodə ilin əvvəlində ölkə polislərinin dünya standartlarına uyğunlaşdırılması barədə sərəncam verib. İlin əvvəlindən 5 kilodan 20 kiloya qədər arıqlaya bilmiş bütün polislər işlərinə davam edirlər. Vəzifə borcunu yerinə yetirə bilməyən, yəni fiziki görüntülərində qüsurlar olan şişman polilsər işdən azad edilib. Agentliyin bildiridiyinə görə, hazırda ölkə polisləri həftədə 3 dəfə 5 kilometr məsafəyə kross yürüşü həyata keçirirlər. Ölkədə polislərin çəkisinə nəzarət etmək üçün xüsusi komissiya yaradılıb.
Daha bir maraqlı fakt bundan ibarətdir ki, nazir polislərin ayda bir dəfə teatra getməsini tələb edir.
Tacikistan DİN Mətbuat katibi Umarcani Emiomali bildirib ki, bu fərman ölkədə yaşayan və hansı regionda xidmət etməsindən asılı olmayaraq bütün polislərə şamil edilir. Hər kəs ayda bir dəfə teatrda olub, mədəni səviyyəsini yüksəltməlidir.
İlhamə
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər