Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

Xəbərin çap versiyası
Tarix: 6-05-2017, 00:29
Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”


NATO-nun baş katibi Yens Stoltenberq NATO qüvvələrinin Suriyada iştirakını istisna edib.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Alyans rəhbəri “Spiegel”-ə müsahibəsində bildirib.

“NATO əsgərlərinin Suriyada döyüşəcəyi müzakirə olunmur. Bununla belə, İraqda İŞİD-lə mübarizə aparan yerli hərbçilərin təlimi ilə bağlı NATO hərbçilərinin sayı artırıla bilər. Yerli qüvvələrin İraqda və Əfqanıstanda təlimi hazırda terrorla bağlı ən münasib variantdır”, deyə Y.Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Alyans bölgədə erkən xəbərdarlıq sisteminə malik AWACS təyyarələrin istifadəsi imkanını nəzərdən keçirir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz