Kabab qadağan edildi
Tarix: 6-05-2017, 15:15
İtaliyanın Venesiya şəhərində kabab və digər fast food restoranları qadağan edilib.
SİVİL.AZ xəbər verir ki, bu restoranlar artıq fəaliyyətini dayandırıb.
Şəhərin turizm məsələləri üzrə direktoru Paola Mar bildirib ki, bu addımın əsas səbəbi şəhərdəki qədim ənənələri və mədəni irsi qorumaqdır. O, qeyd edir ki, hər il buraya fərqli mədəniyyətlərin nümayəndələri olan milyonlarla turist gəlir və hər biri dəyişikliyə səbəb ola bilər.
"Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi qorumağa çalışırıq" deyən Mor pizzanın dilimlə satışına və Müqəddəs Mark meydanında yemək yeyilməsinə də qadağa qoyulduğunu deyib. ("Qaynar")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər