Fransada prezident seçkilərinin həlledici turu keçirilir

Xəbərin çap versiyası
Tarix: 7-05-2017, 12:02
Fransada prezident seçkilərinin həlledici turu keçirilir


Fransada prezident seçkilərinin həlledici – ikinci turu keçirilir. Seçkilərin ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron və “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen mübarizə aparırlar.

SİVİL.AZ xəbər verir ki, Fransanın əsas ərazisində yerli vaxtla saat 8-də başlayan səsvermə prosesi saat 19-dək, böyük şəhərlərdə isə 20-dək davam edəcək.

Seçkilərdən əvvəl keçirilən rəy sorğularında E. Makronun qələbə şansının daha yüksək olduğu müşahidə edilir. Onun 60 faizdən çox səs toplayacağı ehtimal olunur.

Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E. Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz