Almaniyada 50 min insan təxliyə edilib

Xəbərin çap versiyası
Tarix: 7-05-2017, 13:33
Almaniyada 50 min insan təxliyə edilib


Alamniyanın Hannover şəhərində İkinci Dünya müharibəsindən qalan 5 bomba partladılacaq.

SİVİL.AZ xəbər verir ki, bu görə 50 min şəhər sakini təxliyə edilib.

Bombaların partladılması əməliyyatı günün ikinci yarısı başlayacaq və axşama qədər davam edəcək.

"Bu, Hannover şəhərində İkinci Dünya müharibəsindən sonra ən böyük miqyaslı əməliyyatdır", - deyə yanğından mühafizə xidmətinin nümayəndəsi Mixael Xints söyləyib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və o zaman 54 min insan təxliyə edilmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz