Papa görüşqabağı Trampı tənqid etdi: ".... məni utandırdı"
Tarix: 7-05-2017, 17:40
Roma-Katolik kilsəsinin lideri Papa Fransisko ABŞ-ın aprelin 14-də Əfqanıstanda həyata keçirdiyi əməliyyatı prezident Donald Trampın "böyük nailiyyət" hesab etməsini kəskin şəkildə tənqid edib.
SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, mayın 24-də Vatiqanda ABŞ prezidenti Donald Trampı qəbul etməyə hazırlaşan Papa ABŞ-ın Əfqanıstanda İŞİD terrorçularının istifadə etdikləri tunelləri məhv etdiyi 9,8 kiloqramlıq GBU-43/B partlayıcısına "bombaların anası" adının verilməsindən utandığını bildirib:
"Bu bombanın adı məni utandırdı. Analar həyat verir, o isə bəşəriyyətə ölüm gətirir. Buna anamı deyəcəyik?"
Papanın Trampla baş tutacaq görüşündən bir neçə həftə əvvəl verdiyi bu açıqlamaya görə, görüşün gərgin keçəcəyi iddia edilib. Romanın "La Repubblica" qəzeti bu barədə verdiyi şərhdə Papanın aranı qızışdırdığını yazıb.
Qeyd edək ki, Papa Fransisko daha öncə də Trampı tənqid etmiş və onun Meksika ilə sərhəddə divar hörmək fikrinin yanlış olduğunu söyləmişdi. Papa ilə Trampın köç və iqlim dəyişikliyi kimi bir çox məsələlərdə fikirlərinin üst-üstə düşmədiyi məlumdur. Buna baxmayaraq prezident ilk səfərlərindən birini Papanı ziyarət etmək üçün gerçəkləşdirəcək. Belə ki, o, İsrail, Səudiyyə ərəbistanından sonra Vatikana gedəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər