Fransanın yeni prezidenti - Emmanuel Makron
Tarix: 8-05-2017, 00:10
Mayın 7-də Fransada prezident seçkilərinin həlledici – ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib.
SİVİL.AZ xəbər verir ki, ilkin məlumatlara görə, o, səslərin 65,5 faizini əldə edib.
“Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,5 faizinin səsini qazanıb.
İpsos/Sopra Steria qrupunun məlumatına əsasən, 26 faiz seçici neytral qalıb. Bu, 1969-cu ildən sonra rekord rəqəm hesab olunur.
Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M. Le Pen isə 21,3 faiz səs toplamışdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər