Əfqanıstanda İŞİD lideri məhv edilib

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 00:09
Əfqanıstanda İŞİD lideri məhv edilib


Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki lideri Abdul Xasib məhv edilib.

SİVİL.AZ xəbər verir ki, , bunu Əfqanıstanın prezidenti Əşrəf Qani bəyan edib.

Abdul Xasib ötən ilin avqustunda Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində məhv edilən Hafiz Səid Xanı əvəzləmişdi. Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı hesab edilirdi. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz