Hitler haqqında çoxlarının bilmədiyi həqiqətlər - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 9-05-2017, 14:30
Hitler haqqında çoxlarının bilmədiyi həqiqətlər -


Bu gün faşizm üzərində qələbədən 72 il ötür. Dünyanın nifrətini bu qədər qazanmaq hər diktatora nəsib olmayıb. Lakin ona zaman-zaman pərəstiş edənlər də olub.

SİVİL.AZ Adolf Hitler haqqında çox az insanın məlumatı olduğu gerçəkləri təqdim edir:

Hitlerin yəhudi sevgilisi

Avstriyanın Linz şəhərindən olan musiqiçi Avqust Kubizekin iddiasına görə, Hitlerin ilk sevdiyi qadın əslən yəhudi əsilli avstriyalı Stefani Rabatş olub. O, uşaqlıqda çox utancaq biri olduğundan hisslərini Stefaniyə aça bilməyib. Yəhudilərin soyunu kəsməyi xəyal edən Hitlerin bu xalqa kin və nifrətinin səbəbi də bəlkə də elə budur. Bəzi mənbələr Hitlerin ona görə intihara cəhd etdiyini də bildirir. Stefani müsahibələrinin birində Hitlerin ona aşiq olmasından xəbərsiz olduğunu deyib.

Həyatı boyunca Hitler bir çox narkotika növündən istifadə edib


Rəsmi mənbələrdə və diktatorların qəbul etdiyi dərmanların siyahısında onun 30-dan çox növdə narkotik qəbul etdiyi məlum olub. Ayrıca açıqlamalarının birində özü də burun yollarını təmizləmək üçün kokain qəbul etdiyini etiraf edib.

Pedofiliya, İnfantoseksualizm, Paderoziya...

Hitler ögey bacısının qızı Geli Rubla dərin duyğular bəsləyib. Geli özü də 1931-ci ildə onunla cinsi münasibətdə olduğunu etiraf etmişdi. Bu açıqlamadan sonra Gelinin ölü cəsədi tapılıb, onun Hitler tərəfindən öldürüldüyü iddia edilsə də, hadisə intihar olaraq təqdim edilib.

Qardaşı oğlu tərəfindən xəyanətə məruz qalıb

İrlandiyada doğulan Vilyam sonradan Amerikaya köçdükdən sonra ABŞ donanmasına yazılır və əmisinə qarşı müharibədə əks tərəfdə vuruşur. Qeydlərə görə, ABŞ ordusu tərəfindən Hitlerin güvənini qazanmaq üçün sonradan onun yanına göndərilib.

42 dəfə sui-qəsddən qurtulub

Dəfələrlə ona qarşı planlanan zəhərləmə, silahlı hücum və s. tipli sui-qəsdlərdən xilas olmağı bacaran Hitler sonda intihar etməklə, sanki "Son sözü mən dedim" söyləyib. (Qaynarinfo.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz