Məşhur DJ vəfat edib

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 14:16
Məşhur DJ vəfat edib


Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib.

SİVİL.AZ xəbər verir ki, qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.

Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə “Children” (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb.

R. Mayls 1969-cu ildə İsveçrədə anadan olub. “Children” hitindən sonra o daha beş albomun müəllifi olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz