Putin və Tramp iyulda Hamburqda görüşəcəklər

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 21:58
Putin və Tramp iyulda Hamburqda görüşəcəklər


Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bu yaxınlarda prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz