Dünyada biznes qurmaq üçün ən güvənli ölkələr - FOTOLAR
Tarix: 12-05-2017, 10:50
Qlobal miqyasda biznesə atılmaq tamamı ilə fərqli bir macəradır. Doğma vətəndə alışdığınız xidmətlər, şəffaflıq və gözləntilər, dünyadakı bəzi marketlərdə mövcud olmaya bilər. Hansı xarici məskəndə biznesə başlamaq isə uzunmüddətli gələcəyə hesablanmış və risklərdən yayınmaqla bağlı verilən çətin bir qərardır.
Bütün bunları beynimizin bir küncünə yazaraq, hansı ölkənin biznes sövdələri və əməliyyatları üçün daha ədalətli, münbit və səmərəli ortam təklif etdiyini araşdırırıq.
SİVİL.AZ xəbər verir ki, mərkəzi qərərgahı Rhode Island-da yerləşən, 180 yaşlı kommersiya və sənayə səhəsində çalışan FM Global sığorta şirkəti tərəfindən aparılan təhlil məhz bu sualı cavablandırır. Sözü gedən sığorta şirkəti, ən müxtəlif amillər əsasında ölkələrin risk qiymətləndirilməsini həyata keçirir və bu meyarlara əsasən həmin ölkənin biznes üçün nə qədər əlverli və ya əlverişsi olduğunu müəyyən edir.
Son dörd ildir ki, “Dünyada biznes qurmaq üçün ən güvənli ölkələr”in siyahısına İsveçrə başçılıq edir. Neytral mövqe və siyasi stabillik ənənəsini qoruyan İsveçrə, möhkəm infrastruktura malik, həmçinin korrpupsiyadan azaddır, FM araşdırmasında qeyd edir.
İkinci yerdə biz Lüksemburqa rast gəlirik, Almaniya, Belçika və Fransa arasında özünə yer etmiş kiçik bir ölkə. FM bu tədqiqatı həyata keçirdiyi dövrdən bəri o, hər dəfə ilk onluqda yer alır. Ötən illər ərzində ölkənin nəticələrinə nəzər salsaq, Lüksemburq 2013-cü ildəki səkkizinci yerindən inamlı addımlara reytinqin yuxarısına doğru irəliləyib. FM-ın vurğuladığı daha bir məqam isə ölkənin getdikcə neftən asılılığın azalması və daha biznes yönümlü islahatların tətbiqidir. (bizplus.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər