Donald Tramp NATO-nun sammitinə 1000 nəfərlik heyətlə gələcək

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 12:26
Donald Tramp NATO-nun sammitinə 1000 nəfərlik heyətlə gələcək


Prezident Donald Trampın NATO-nun Brüsseldə keçiriləcək sammitinə ilk səfəri iki gün davam edəcək. ABŞ sammitdə 1000 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.

SİVİL.AZ xəbər verir ki, ABŞ Prezidenti Belçikanın paytaxtına mayın 24-də axşam saatlarında gələcək, ertəsi gün sarayda kral Filippi ziyarət edəcək və Baş nazir Şarl Mişellə görüşəcək. Bundan sonra onun NATO sammiti çərçivəsində ikitərəfli və çoxtərəfli görüşləri planlaşdırılıb. ABŞ liderinin, eyni zamanda, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə görüşü də gözlənilir.

Şimali Atlantika Blokunun mayın 25-də keçiriləcək sammiti Trampın Avropa arenasında siyasi benefisi olacaq. NATO digər üzv ölkələrin əsasən Amerika istehsalı olan yeni döyüş texnikalarının alınması üçün hərbi xərclərini 40 faizə qədər artırması prosesini aktivləşdirmək şərti ilə Trampdan ABŞ-ın təşkilatın lider ölkəsi kimi bütün öhdəlikləri yerinə yetirilməsinə sadiqliyinin təsdiqini gözləyir.

Sammit çərçivəsində, həmçinin alyans rəhbərliyinin NATO-nun yeni qərargahına köçməsi ilə əlaqədar rəsmi mərasim də keçirilməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz