Siqmar Qabriel: "Türkiyənin Avropa İttifaqına üzvlük şansı tükənməkdədir"
Tarix: 19-03-2017, 15:37
Almaniyanın xarici işlər naziri bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlük şansı tükənməkdədir. Lakin nazirlik bir gün bu ölkənin quruma üzv olmaq kimi bir imtiyaza sahib olacağını deyib.
"Der Spiegel" həftəlik qəzetinə müsahibəsi zamanı Siqmar Qabriel bildirib ki, Türkiyə hazırda Avropa İttifaqından əvvəlki ilə müqayisədə çox uzaqdır.
Türkiyənin bir zamanlar quruma üzvlüyünü dəstəkləyən mərkəz sağçı sosial demokrat Qabriel ideyaya həmişə skeptik münasibət bəslədiyini deyib.
Nazir deyib ki, Britaniya ilə Avropa İttifaqının gələcəyi ilə bağlı qarşıdan gələn müzakirələr zamanı Türkiyənin quruma üzvlüyünün uzunmüddətli perspektivləri nəzərdən keçirilə bilər.
Rəsmi Berlinlə Ankara arasında münasibətlər Almaniya parlamentinin ermənilərin “soyqırımı”nı tanıması və Türkiyəni müxalifət və vətəndaş cəmiyyətinə qarşı basqılarını qınamasından sonra gərginləşib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər