Efiopiyada zibilxananın uçması nəticəsində ölənlərin sayı 62-yə çatıb

Xəbərin çap versiyası
Tarix: 13-03-2017, 22:17
Efiopiyada zibilxananın uçması nəticəsində ölənlərin sayı 62-yə çatıb

Efiopiyanın paytaxtı Əddis-Əbəbənin kənarında nəhəng zibilxananın uçması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Associated Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, şəhər ətrafındakı zibilxana 50 il əvvəl salınmışdı. Son illər isə zibili başqa yerə tökürdülər. Lakin həmin ərazidə yaşayan fermerlərin yeni zibilxana yaradılmasına etirazından sonra zibil yenidən şəhər kənarına daşınmağa başlayıb və bu da uçquna gətirib çıxarıb.

İnsident zamanı ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər yalnız 37 nəfərin həyatını xilas edə biliblər. Dağıntılar altında hələ onlarla insanın qaldığı ehtimal edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz