Hollandiya böhranı ilə bağlı Türkiyəyə sürpriz ölkədən dəstək gəldi

Xəbərin çap versiyası
Tarix: 13-03-2017, 22:30
Hollandiya böhranı ilə bağlı Türkiyəyə sürpriz ölkədən dəstək gəldi

Yunanıstanın Avropa Məsələləri üzrə Xarici İşlər Nazirinin vəkili Yorqos Katrouqalos, Türkiyə ilə Hollandiya arasında yaşanan siyasi böhrana münasibət bildirib.

İstiPress-in “Haberler”ə istinadən verdiyi xəbərə görə, siyasətçi, Hollandiyanın Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın səfərlərinə mane olması ilə bağlı: “Mən digər ölkələrin daxili siyasətini mühakimə edə bilmərəm, amma, Avropada qayda, belə toplantıların keçirilməsidir. Onları qadağan etmək üçün bir səbəb də yoxdur” deyib.

Nazirin köməkçisi hər zaman Türkiyə ilə dost münasibətlər qurmağa çalışdıqlarını da deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz