Dünyada ilk dəfə Norveçdə gəmilər üçün tunel tikiləcək
Tarix: 31-03-2017, 17:09
Norveçin “Snøhetta” memarlıq studiyası dünyada ilk dəfə olaraq gəmilər üçün tunel tikintisinin layihəsini hazırlayıblar.
SİVİL.AZ “novate.ru” saytına istinadla bildirir ki, uzunluğu 1,7 kilometr, eni 26,5 metr və hündürlüyü 37 metr olan tunel ölkənin Ştad adlanan yarımadasında tikiləcək.
Tunelin inşası 2019-cu ildə nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün 1 milyard kron (118 milyon ABŞ dolları) ayrılacaq (AZƏRTAC).
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər