Yevgeni Yevtuşenko ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Xəbərin çap versiyası
Tarix: 31-03-2017, 23:41
Yevgeni Yevtuşenko ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib


Tanınmış rus şairi Yevgeni Yevtuşenko ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə TASS agentliyinə onun həyat yoldaşı Mariya Novikova məlumat verib.

Onun sözlərinə görə, Y. Yevtuşenko vəziyyəti ağır kimi qiymətləndirilir.

“Vəziyyəti çox ağırdır. Daha ətraflı məlumat verə bilmərəm. Bu plan müayinəsi deyil”, deyə M.Novikova vurğulayıb.

Qeyd edək ki, Yevgeni Yevtuşenkonun 84 yaşı var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz