Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı

Xəbərin çap versiyası
Tarix: 1-04-2017, 00:31
Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı


Türkiyə Baş Qərargahı 2016-cı ilin 24 avqustundan etibarən Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatlarının hazırki fazasının başa çatdığını elan edib.

SİVİL.AZ xəbər verir ki, Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, əməliyyat çərçivəsində son iki ayda Suriyanın Əl-Bab şəhəri və ətraf regionlar İŞİD-dən təmizlənib. Ümumilikdə 2015 kvadrat kilometr ərazinin terrorçulardan azad edildiyi bildirilir.

"Fərat Qalxanı" əməliyyatlarında Türkiyə 70-dən artıq hərbçisini itirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz