Ağ Ev: "ABŞ Suriyadakı siyasi reallığı qəbul etməlidir"
Tarix: 1-04-2017, 01:48
ABŞ Suriyadakı siyasi reallığı və Bəşər Əsədin siyasi gələcəyinin ölkə vətəndaşlarından asılı olduğunu qəbul etməlidir.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser deyib.
Onun sözlərinə görə, ABŞ-a fokusu dəyişmək lazımdır.
"Biz İŞİD terror qruplaşması üzərində qələbədə fokuslanmalıyıq", - Spayser deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər