İraqda İŞİD başçısının “sağ əli” məhv edilib
Tarix: 1-04-2017, 22:20
İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin “sağ əli” hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan “Əbu Yəhya” ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli “müdafiə naziri” vəzifəsini icra edib.
Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan “Əbu Hacar” ləqəbli Türki Camal əd-Düleymi və “Əbu Həttab” ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər