Serbiyada prezident seçkilərində səsvermə başlayıb

Xəbərin çap versiyası
Tarix: 2-04-2017, 11:08
Serbiyada prezident seçkilərində səsvermə başlayıb


Serbiyada prezident seçkilərində səsvermə başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00) başa çatacaq.

Serbiya Konstitusiyasına əsasən səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 sutka ərzində açıqlanmalıdır. Seçkilərdə əsas favorit hazırkı baş nazir Aleksandar Vuçiç hesab edilir.

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Dövlət başçısı ölkəni beynəlxalq arenada təmsil edir, parlamentə baş nazirin namizədliyini təqdim edir, səfirləri təyin edir və geri çağırır, əfv sərəncamları imzalayır, Silahlı Qüvvələrin Ali Baş Komandanı sayılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz