ABŞ-da konsert zamanı atəş açılıb, yaralılar var

Xəbərin çap versiyası
Tarix: 2-04-2017, 12:42
ABŞ-da konsert zamanı atəş açılıb, yaralılar var


Aprelin 1-də yerli vaxtla axşam saat 20.00 radələrində (Bakı vaxtı ilə bu gecə saat 04.00) ABŞ-ın Virciniya ştatında açıq havada keçirilən konsert zamanı atəş açılıb.

SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “CBS 6” telekanalı məlumat yayıb.

Dinuiddi dairəsində parkda keçirilən konsertdə 12 minə qədər tamaşaçı olub. Öncə səhnənin yaxınlığında, daha sonra isə parkın digər yerlərində atəş səsləri eşidilib. Əl və ayağından yaralanmış iki nəfər xəstəxanaya gətirilib, onların həyatı üçün təhlükə yoxdur. Bir nəfəri isə güllənin tuş gəldiyi avtomobil pəncərəsinin parçaları yaralayıb.

Atəş açan şəxs hələ yaxalanmayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz