Robert Köçəryan Ermənistandakı səsverməyə qatılmadı
Tarix: 2-04-2017, 14:23
Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2 aprel parlament seçkilərində səs verə bilməyəcək.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı keçmiş prezidentin ofisindən bildirilib. Ofisdən deyilib ki, R. Köçəryan neçə müddətdir ölkə xaricində olduğundan bugünkü seçkilərdə səs vermək imkanında deyil. Amma xəbərdə diqqət çəkən bir məqam da var ki, keçmiş prezident bundan əvvəlki, 2012-ci ildə keçirilən parlament seçkilərində də səsverməyə qatılmayıb.
Bir müddət əvvəl Ermənistanın “Aykakan Jamanak” nəşri Köçəryanın ABŞ-dakı “dəbdəbəli villasında” yaşadığını yazmışdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər