Koreya gəmisi Atlantik Okeanında yoxa çıxdı

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 03:00
Koreya gəmisi Atlantik Okeanında yoxa çıxdı


24 nəfərlik heyət üzvü olan 312 metrlik Cənubi Koreya yük gəmisi cənubi Atlantik Okeanında yoxa çıxıb.

Trend-in verdiyi xəbərə görə, heyət üzvlərindən 2 filippinli dənizçi gəminin qayıqlarının birindən xilas ediliblər. 312 metrlik Stellar Daisy yük gəmisinin heyət üzvlərindən biri SMS yazaraq gəminin getdikcə su ilə dolduğu barədə xəbərdarlıq edib. Uruqvay donanması ərazidəki ticarət gəmilərini xəbərdar etdikdən sonra, bu gəmilər axtarışa başlayıb. Uruqvay donanmasının sözçüsü axtarışı aparan gəmilərin heyət üzvləri yanacaq iyi hiss etdilərini bildiriblər.

Yonhap xəbər agentliyi xilas edilən iki filippinlinin axtarışda iştirak edən gəmilərin biri tərəfindən tapıldığını bildirib. "22 nəfərin tapılmasına yönələn axtarış əməliyyatı davam edir", Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi Reuters xəbər agentliyinə deyib. XİN rəsmisi həmçinin axtarış əməliyyatına dəstək verilməsi üçün Cənubi Koreyanın Brazilya və Uruqvaya müraciət etdiyini bildirib.

"Çox Böyük Filiz Daşıyıcısı" adlanan (Very Large Ore Carrier və ya VLOC) və 260 min ton tutuma malik olan gəmi Cənubi Koreya şirkəti tərəfindən istismar olunur, lakin Marşal Adalarının bayrağını daşıyır. 24 heyət üzvünün 16-sı filippinli, 8-i isə Cənubi koreyalıdır.

Deyilənlərə görə gəminin çıxış portu Braziliyada olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz