Lenin adlı şəxs Ekvadorda dövlət başçısı seçildi

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 11:53
Lenin adlı şəxs Ekvadorda dövlət başçısı seçildi


Cənubi Amerika ölkəsi Ekvadorda aprelin 2-də keçirilmiş prezident seçkisini hakim solçu blokunun namizədi Lenin Moreno udub.

SİVİL.AZ xəbər verir ki, Novator.az-ın məlumatına görə, Lenin Moreno 51,07% səslə sağ mərkəzçi qüvvələrin namizədi Gilyermo Lassonu geridə qoyub. Gilyermo Lasso 48,93% səs yığıb.

Dörd il müddətinə seçilən yeni prezident mayın 24-də səlahiyyətlərinin icrasına başlayacaq.

Rusiyada 1917-ci ildə baş vermiş bolşevik inqilabının lideri, sovet imperiyasının qurucusu Vladimir Leninin (Ulyanov) adını daşıyan Lenin Moreno 2007-2013-cü illərdə vitse-prezident postunu tutub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz