San-Peterburqda üçgünlük matəm elan olunub

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 20:45
San-Peterburqda üçgünlük matəm elan olunub


Sankt-Peterburq administrasiyası metroda baş vermiş faciə ilə bağlı aprelin 4-dən başlayaraq üçgünlük matəm elan edib.

SİVİL.AZ Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə şəhər qubernatorunun mətbuat katibi Andrey Kibitov özünün Twitterdəki akkauntunda məlumat verib.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 47 nəfər zərər çəkib. Onlardan 7 nəfəri hadisə yerində, 1 nəfər təcili yardım maşını ilə xəstəxanaya aparılarkən, 2 nəfər isə xəstəxanada ölüb. Yaralılardan 6-sının vəziyyəti ağırdır.

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib ki, Sankt-Peterburq metrosundakı partlayışla əlaqədar RF Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) cinayət işi açılıb. Bununla belə, istintaq hadisənin bütün digər mümkün versiyalarını da yoxlamaq niyyətindədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz