“Tvitlər olmasa, mən olmazdım…” - Tramp

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 02:00
“Tvitlər olmasa, mən olmazdım…” -


Donald Tramp mediaya münasibət və öz tvitləri ilə bağlı maraqlı fikir səsləndirib.

SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Finansial Tayms”a özəl açıqlaması zamanı deyib. O, “saxta media”ya uymayacağını bildirib:

“Tvitlər olmasa, mən burda ola bilməzdim. Feysbuk, İnstaqram və Tvitter hesabında 100 milyondan çox izləyicim var”.

“Hansısa tvitə görə peşman olmusunuzmu” sualına isə “Heç nədən peşman deyiləm. Yüzlərlə tvit içərisində yalnışlıqlar da olur. Çox zaman isə təxminlər özünü doğruldur. Breksiti də təxmin etmişdim”, - deyə, prezident cavab verib.

Açıqlama zamanı ittifaqlarla bağlı da münasibət bildirən prezident buna inandığını və dəstəklədiyi deyib:

“Bəzən əvvəlki prezidentlərdən fərqli olaraq ittifaqları dəstəkləmədiyimi düşünürlər. Düzdür, ittifaqlar bizə heç vaxt uğur gətirməyib, amma mən ittifaqların gücünə inanıram”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz