Çin bizə kömək etməsə… - Tramp hədələdi

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 21:18
Çin bizə kömək etməsə… -


Çin Dövlət Başçısı Si Szinpinlə görüşə hazırlaşan Donald Tramp “Finansial Tayms”a açıqlaması zamanı Şimali Koreyanın nüvə proqramı ilə bağlı təhdid dolu fikirlər səsləndirib.

SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, Tramp Çin və ABŞ əməkdaşlığının önəmli olduğunu vurğulayaraq, Pekindən dəstək istəyib. O, Çinin Şimali Koreya üzərində böyük təsirə malik olduğunu bildirib:

“Çin Koreya mövzusunda bizə kömək edib-etməyəcəyinə qərar verməlidir. Kömək edəcəksə, bu, Çinin xeyrinə olacaq, əks halda bu, heç kimə yaxşı olmayacaq. Çin bu məsələni həll etməsə, biz həll edəcəyik. Bütün tənqidlərə baxmayaraq, iki ölkə arasında razılaşmalar ola bilər. Çinə və onun prezidentinə böyük hörmətim var. Hər iki ölkənin xeyirinə nəsə edə bilsək, buna şad olaram”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz