Putin Qafqaza hücum edəcək - Müharibə səbəbi

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 00:00
Putin Qafqaza hücum edəcək -


Rusiyanın hərəkətləri göstərir ki, Kreml Ukraynaya, həmçinin Belarus, Baltikyanı ölkələr və hətta Qafqaza qarşı yeni genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.

SİVİL.AZ Publika.az-a istinadla xəbər verir ki, bunu mərkəzi qərargahı Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank “Atlantic Council” üçün yazdığı məqaləsində bildirib.
O, xatırladır ki, 2016-cı il ərzində Rusiya 25 yeni diviziya və 15 briqada yaradıb.

Ekspertin sözlərinə görə, bu, Rusiyanın sovet modelindən istifadə edərək uzunmüddətli və genişmiqyaslı müharibəyə hazırlaşmağı qarşısına hədəf qoyduğunu göstərə bilər: “Sovet modelində nizami ordu yalnız hissələrindən ibarət idi. Amma şəxsi heyət yalnız kütləvi səfərbərliyin gedişatında yığılırdı. “Qafqaz-2016” və ötən il keçirilən digər təlimlər göstərir ki, Rusiya hakimiyyəti belə səfərbərliyə baxır. Moskva təlimlərin gedişatında Daxili İşlər Nazirliyinin güclərini səfərbər etdi, banklar əsgər maaşları ödəyirdi, xəstəxanalar səhra hospitallarını açırdı. Təlimlərə regional mülki administrasiyalar cəlb edilmişdi”.

Blank həmçinin ona diqqət yetirir ki, 2016-2017-ci illərdə Birinci Qvardiya tank ordusu, 40-cı və 8-ci orduları yaradıb. Üstəlik, Rusiya dörd yeni diviziya yaradıb. Bunların hamısı tamamilə Ukrayna sərhədinin yaxınlığında yerləşdirilib.

Bundan başqa, 20-ci Rusiya ordusunun qərargahı Moskva yaxınlığından Voronejə - Ukraynaya daha yaxın əraziyə köçürülüb. Və daha əvvəl Rusiyanın daxilində - Qazaxıstana yaxın yerləşən üç motoatıcı briqadası ölkənin qərbinə köçürülüb. Onlar Belqorod, Bryansk və Voronejdə yerləşdirilib (Ukraynaya 50 kilometrdən daha yaxın - red.).

Rusiya güclərinin genişləndirilməsi daha çox narahatlıq yaradır. Martın 8-də Moskva elan etdi ki, gəmilərin yenidən qurulması Rusiya hərbi donanması üçün prioritet olacaq. Məqsəd desant qoşunlarının daşınmasını sürətləndirməkdir. Blank qeyd edir ki, onlar Ukrayna, Balkan və Qafqazda, həmçinin Yaxın Şərqdə istifadə edilə bilər.

Martın 24-də müşahidəçilər Ukrayna sərhədində yerləşən Rostov vilayətinin cənubunda Pokrovskaya hərəkət edən onlarla Rusiya tankını aşkar etdilər. Bundan başqa, Rusiya Belarusa desant gücləri göndərib.

“Bu desant dəstələri Belarus üçün də təhlükə təşkil edir. Bundan başqa, kiberhücumlar azalmır. Ukrayna hökumətinin açıqlamasına görə, Rusiya 2016-cı ilin noyabrından dekabrına qədər Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi olmaqla Ukraynanın müxtəlif idarələrinə qarşı 6,5 min kiberhücum təşkil edib. Rusiya hakerləri həmçinin Ukraynada energetikanın təminatı ilə məşğul olan şirkətlərin şəbəkələrinə girməyə çalışırlar”, - ekspert qeyd edib.

Məqalədə qeyd edilir ki, avqust-sentyabr aylarında Belarusda keçiriləcək “Qərb 2017” təlimləri ilə birlikdə bütün bu hərəkətlər Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır. Blank eyni zamanda qeyd edir ki, Putində daxili siyasətdə manevr üçün meydan daralıb, iqtisadi islahatlar ağlasığmazdır.

Blankın fikrincə, Putin 2018-ci il prezident seçkilərindən əvvəl Rusiyada millətçi əhval-ruhiyyəni gücləndirmək üçün yaxın vaxtlarda genişmiqyaslı müharibənin başlanmasına qərar verə bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz