ATƏT Ermənistandakı seçkiləri sərt tənqid etdi
Tarix: 4-04-2017, 08:30
ATƏT aprelin 2-də Ermənistan parlamentinə keçirilən seçkiləri tənqid edib.
SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, təşkilatda hesab edirlər ki, ümumxalq səsverməsində seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeydə alınıb. Müvafiq nəticələr ATƏT-in ilkin hesabatında təqdim edilib.
Hesabatda deyilir: “Səslərin satın alınması, dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub”.
“İnterfaks” agentliyi xəbər verir ki, yerli “Vətəndaş müşahidəçi” təşəbbüsünün nümayəndələri də seçkilərdə bir sıra pozuntu halları qeydə alıblar. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir.
Müşahidəçilərin bəyanatında deyilir: “Seçki prosesində yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş vermədi. Bizim seçkilərin vətəndaşların iradəsini sərbəst ifadə etmələrini şübhə altına almaq üçün ciddi əsaslarımız var”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər