Gürcüstan prezidenti milli azlıq nümayəndələri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 00:25
Gürcüstan prezidenti milli azlıq nümayəndələri ilə görüşüb


Gürcüstan prezidenti ölkədəki milli azlıq nümayəndələri olan gənclərlə görüşüb.

SİVİL.AZ xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı, yunan, erməni, yəhudi millətindən olan tələbələr iştirak edib.

Konstitusiya islahatı ilə bağlı müzakirələrdə gəncləri əsasən gürcü dilinin tədrisi, pulsuz ali təhsil, işlə təmin olunma, işğal altında olan regionların əhalisinin konstitusiya sənədinin müzakirələrində iştirakının təmin olunması və digər məsələlərdə prezidentin mövqeyi maraqlandırıb.

Tədbirdə “Gürcüstanın inkişafında milli azlıqların rolu” mövzusunda müzakirələr də aparılıb. Görüşdə çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili müxtəlif milli azlıq qrupların inkişafı və güclənməsini Gürcüstan dövlətçiliyinin möhkəmləndirməsinə xidmət etdiyini bildirib.

Giorgi Marqvelaşvili Konstitusiyaya aid islahatın keçirilməsinin müzakirəsində milli azlıqların iştirakını vacib hesab etdiyini qeyd edib. Prezident ölkənin Konstitusiya sənədinin vətəndaşların razılığı əsasında, hüquqi əsaslarla qəbul olunan sənəd olduğunu bildirib. O, vacib Konstitusiya sənədi barədə hər bir Gürcüstan vətəndaşının fikrinin vacib olduğunu qeyd edib.

Prezident pulsuz təhsil, məşğulluq, işlə təmin olunmaq, işğal olunan torpaqlara aid suallara cavab verib. Görüşün moderatoru “İnkişaf və Təhsil Mərkəzi”nin layihələr üzrə koordinatoru Murad Muradov olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz