Qırğızıstan XİN başçısı: Peterburqda terror törədən şəxsin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğu təsdiqlənib

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 15:17
Qırğızıstan XİN başçısı: Peterburqda terror törədən şəxsin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğu təsdiqlənib

Rusiya və Qırğızıstan xarici işlər nazirləri Sankt-Peterburqda törədilən terror aktının icraçısı ilə bağlı məsələsini müzakirə ediblər.

SİVİL.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

”Biz bu gün görüşdə Sankt-Peterburqda baş verən terror aktını müzakirə etdik. Terroru törədən şəxs Qırğızıstan əsillidir, lakin o, Rusiya vətəndaşlığını qəbul edib. Bizim Dövlət Təhlükəsizlik Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib”, - deyə E. Abdıldayev vurğulayıb.

Nazir terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığı barədə suala da cavab verib. Onun sözlərinə görə, terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığını söyləmək hələ tezdir: “Bunun üçün xüsusi xidmət orqanlarımızın apardıqları işin sona çatmasını gözləmək lazımdır. Onlar bizə tam məlumat verəcəklər”.

Sergey Lavrov isə çıxışında terrorçunun milliyyətinin olmadığını söyləyib: “Terrorçuluğu insanın hansı milliyyətə və dinə mənsub olması ilə əlaqələndirmək olmaz, bu, qəbuledilməzidir Terrorçuluq bütün bəşəriyyətə, bütün dünya dinlərinə qarşıdır”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz