Avropa İttifaqı dağılır? - Britaniyanın ardınca Fransa sürprizi
Tarix: 5-04-2017, 11:37
Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Avropa İttifaqı çərçivəsindən kənarda olmalıdır.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, o, bu fikri bütün 11 prezidentliyə namizədin iştirakı ilə keçirilən teledebat zamanı səsləndirib.
Melanşon deyib: "Hesab edirəm ki, Fransa Avropa İttifaqının bütün əsas razılaşmalarından imtina etməlidir. Brüsseldən biz kapitalistlərə ölkədə hansı iqtisadi və sosial islahatlar keçirilməsinin diktə edilməsi yolverilməzdir"
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər